Veb sayt hazırlanması prosesi [Addım-addım]💻
Veb sayt hazırlanması prosesini bu analogiya ilə daha düzgün izah etmək olar. Yeni tikilmiş bir evi görəndə, onun tikintisi üçün atdığı addımlar – təməlin qoyulması, sütunların betonlanması, divarların hörülməsi, boruların yerləşdirilməsi, elektrik işləri və s. – haqqında düşünmürsünüz, sadəcə hazır məhsula diqqət yetirirsiniz. Lakin bunlar haqda düşünsək də düşünməsək də sağlam hər bir bina bu proseslərin düzgün aparılması ilə ərsəyə gəlir. Vebsaytı da uğurla qurmaq üçün bunun kimi proseslər, izləniləcək doğru yollar mövcuddur. Veb saytı mümkün olan ən qısa müddətdə və keyfiyyətlə qurmaq üçün etibarlı və çevik prosesə ehtiyacımız var. Bu prosesləri addım-adım necə olduğunu sizə də göstərmək üçün bu yazını ortaya çıxardıq.
Addım-addım veb sayt hazırlanması prosesi
Addım 1 – Strategiya və planlaşdırma
İstehsal prosesinə başlamaq üçün ilk öncə əlimizdə düşünülmüş əsaslı plan olması lazımdır. Bu 3 vacib məqam ilə bağlı plan – ümumi veb sayt planı (layihənin həcmi, ehtiyac olan səhifələr), iş planı (layihənin zaman planı) və çertyoj (dizaynın otuzdurulacağı təməl).
Veb sayt planı
Bu, layihə komandasının sifarişçinin tələblərinə və şirkətin biznes istiqamətlərinə uyğunlaşdıran əsas sənəddir. Burada nələri qeyd edirik:
- Əsas məqsədlər – Veb saytın məqsəd və vəzifələrini müəyyənləşdiririk. Veb sayt hazırlanması layihəsinin nəyə xidmət etməsinin cavabı tapılır:
İmici yüksəltməyə kömək edir? Şirkətin məhsullarını nümayiş etditmək üçündür? Yeni məhsulu izah etmək üçündür? Bu məqsədlər prosesin hər bir sonrakı addımına istiqamət verir.
- Əsas məqsədlər – Veb saytın məqsəd və vəzifələrini müəyyənləşdiririk. Veb sayt hazırlanması layihəsinin nəyə xidmət etməsinin cavabı tapılır:
- Hədəf auditoriya – Burada hədəf auditoriyanı dəqiqləşdiririk – neçə yaşları var, qərar qəbuletmə prosesləri, ağrılı nöqtələri nələrdir, əsas ehtiyacları və s. Bunlar dizayn tərzini və veriləcək mesajları formalaşdıracaq əsas hissələrdir.
- Dizayn spesifikasiyası – Hər hansı mövcud brend qaydaları (şrift, rənglər və s.) və ya müştərinin tələb edə biləcəyi xüsusi dizayn üslublarını müəyyən edirik. Dizayn qurulması əsnasında vaxt itirməmək və vacib nöqtələri gözdən qaçırmamaq üçün bu məlumatı müəyyən etmək çox vacibdir.
- Texniki xüsusiyyətlər – Veb saytın üzərinə qurulacağı platformanı müəyyən edirik. Biz əsasən təhlükəsizlik protokollarınının güclü olması və digər müsbət cəhətləri baxımından WordPress üzərində qururuq, lakin müştərinin tələblərinə görə digər kontent sistemləri üzərində də qura bilirik. Eyni zamanda hansısa API tələbləri olduqda burada qeyd olunur.
- Rəqib analizi – Rəqiblərin nə təklif etdiyi və bazarda necə mövqe tutduqları da daxil olmaqla, rəqabət mənzərəsini araşdırırıq. Rəqiblərin güclü və zəif tərəflərini bildikdən sonra onlardan necə üstün olmağımızla bağlı strategiya qura bilərik.
- Referans qaynaqları – Müştərilərimizlə rezonans doğuran və onlara ilham verən dizayn üslublarını (o cümlədən rəng palitrası, illüstrasiyalar, tərtibat) tapmaq üçün əməkdaşlıq edirik. Onların bəyənmədiyi üslubları müəyyən etmək də faydalıdır həmçinin.
- Sayt xəritəsi – Bu, veb-sayta daxil ediləcək bütün səhifələrin siyahısıdır. Bu, istifadəçinin vebsaytdakı yolçuluğunda səhifələrin necə birlikdə işləyəcəyinə dair ilk istinad çərçivəsini verir.
İş qrafiki planı
Veb dizayn prosesi bir çox peşəkarı (dizaynerlər, proqramçı, mətn yazarları, layihə menecerləri və s.) əhatə edir, buna görə də vaxt qrafiklərini dəqiq bilmək vacibdir. O, işin başlamasından işin hazır olana qədərki tarixini müəyyən edir (müştəri ilə razılaşdırılır). İş qrafiki komandanı qrafikə uyğun saxlamaq üçün daxili dedlaynları təyin etməsi baxımından da önəmlidir.
Çertyojlar
Beynəlxaql aləmdə Wireframing deyilir. Saytın səhifələrinin, başlıqların, şəkillərin və digər məzmun elementlərinin necə tərtib edildiyini təsvir edir və səhifələr üzrə məzmun axınını müəyyənləşdirir. Çertyojlar həmçinin istifadəçinin vebsaytdakı səyahətinin (saytda naviqasiya etmək üçün tutduqları yol) xəritəsini tərtib edir. İstifadəçi səyahətini daha da aydınlaşdırmaq üçün biz əksər hallarda naviqasiya edilə bilən prototip yaradırıq. Bir prototiplə biz özümüzü istifadəçinin yerinə qoya və istifadəçi səyahətini həqiqətən yaşamaq üçün səhifələrə klikləyə bilirik.