SMM xidməti
SMM xidməti
nə deməkdir?
SMM xidməti Sosial Media Marketinq xidmətlərini özündə birləşdirən xidmət bütünüdür. Buraya əsasən Facebook və Instagram daxil edilsə də, son zamanlar populyarlığı aşağı yaş qrupları arasında artan TikTok da aid edilməyə başlamışdır. SMM xidməti alınması bu platformalar üzrə müəyyən şirkətin, qurumun, şəxsin, brendin bütün və ya qismi fəaliyyətinin marketinq şirkətinə həvalə olunmasını əhatə edir.
SMM nə deyil?
SMM xidməti nələri ifadə edir bu barədə məlumat verdik. İndi isə SMM nə deyil, bunları bilməyin zamanıdır. SMM bunlar deyil:
- Mütləq hər gün post paylaşmaq
- Süni auditoriya artırmaq
- Sektora əlaqəsi olmayan influenserlərlə əməkdaşlıq
- Sadəcə özünüz barədə danışmaq
- Saxta başlıqlarla insanları cəlb etmək
- Dayanmadan hekayə (story) paylaşmaq
- Postlara süni bəyənmə, şərh artırmaq
- Hashtag manipulyasiyası (sizinlə əlaqəsi olmayan məşhur teqlərin qoyulması)
Biznesinizin uğuru üçün düşünülmüş SMM xidmətləri
Biznesinizə birbaşa və köməkçi formada müştərilər cəlb edən yüksək performanslı SMM idarəetməsi.
Peşəkar SMM xidməti
nə üçün vacibdir?
Brendlərin öz məhsul və xidmətləri haqqında diqqət çəkmək, müsbət imic yaratmaq və hədəflədikləri auditoriya arasında bu imici idarə etmək son dərəcə vacibdir. Hazırda müştəri kütləsi ilə kommunikasiyada sosial media marketinqi (SMM) əvəzolunmazdır. Lakin bu nüansa da diqqət etməliyik ki, sosial mediada sadəcə mövcud olmaq, bir şeylər etmək artıq kifayət etmir. Peşəkar idarə edilmə prosesi kritik əhəmiyyət kəsb edir, çünki bu, bütün marketinq fəaliyyətinizə, brendinizə birbaşa təsir göstərir.
SMM xidməti hər dərdə dərmandırmı?
Bir çox SMM xidməti ilə məşğul olan fərdlər və ya şirkətlər sizi inandırmağa çalışa bilərlər ki, SMM ilə bütün marketinq, satış problemlərini həll edə biləcəksiniz. Sizə bu acı xəbəri verməliyik ki, SMM tək başına bütün problemlərinizi həll etmək üçün kifayət etmir. Əgər sizin məhsulunuza tələb yoxdursa, bazarda pis imiciniz vardırsa, məkana bağlı biznessiniz və məkan seçiminiz uğursuzdursa SMM xidməti sizə kömək etməyəcək. Sizin ilk öncə bu məsələləri həll etməyiniz lazımdır.
SMM xidməti
mütləq lazımdırmı?
Şirkətləri, sahibkarları düşündürən suallardan biri budur ki, SMM xidməti mütləq lazımdırmı. Bu məsələ tamamilə şirkətin, qurumun vəziyyətinə, təqdim etdiyi xidmətə və ya məhsula, auditoriyasına bağlı olaraq dəyişən şeydir. Əgər siz aktiv şəkildə geniş kütləyə informasiya çatdırmaq, məhsul, xidmət və ya ideyalarınızı tanıtmaq, onlayn mağazanıza potensial müştəri cəlb etmək istəyirsinizsə SMM xidməti sizin üçün zəruri sayıla bilər. Digər tərəfdən, əgər sizin səsləndiyiniz auditoriya çox kiçikdirsə sizin üçün mövcud kanallarınız və ya digər alternativ kanallar (məsələn SEO) daha faydalı olar.