SEO xidməti

SEO nədir? SEO xidməti
nə üçün lazımdır

SEO sözü ingiliscə Search Engine Optimization (Axtarış Motoru Optimizasiyası) sözünün qısaldılmasıdır. SEO xidmeti müəyyən edilmiş açar sözlər vasitəsilə Google və digər axtarış motorlarında üst sıralarda çıxmaq üçün görülən işləri ifadə edir. Görüləcək SEO xidməti nəticəsində öz sektorunuza uyğun ən çox axtarılan sözlər üzrə üst sıralarda görünərək geniş müştəri kütləsinə çıxış əldə edə biləcəksiniz. 

seo-xidmeti-foto-ekran

SEO necə işləyir?

Hər şey axtarış motorlarından (Google və digərləri) başlayır. Hər bir axtarış motoru bir indeks yaratmaq üçün internet üzərindəki məzmunu və məlumatları toplayan botlar göndərir. Sorğu daxil olduqda, axtarış motorunun alqoritmi axtarış nəticələrində ən faydalı və uyğun məlumatı təmin etmək üçün həmin indeksi kriteriyalar əsasında sıralayır. 

SEO xidmeti də burada işə düşür. Optimallaşdırma veb saytınızın müvafiq açar sözlər axtarış motorlarının alqoritminə uyğun hala gətirilməsidir. Beləcə axtarış motorları (Google) veb saytınızda hansı informasiyanın əsas təşkil etdiyini, biznesinizin təklif etdiyi məhsul və xidmətləri yaxşı başa düşür. 

google-seo-alqoritm

Elmi əsaslı SEO xidməti

SEO yeni müştərilər cəlb etmək, biznesini böyütmək üçün bəlkə də ən effektiv yoldur, amma əgər düzgün aparılarsa.

Nəticə əldə etmək üçün SEO xidməti aparılarkən ilk öncə düzgün suallar qoyulmalıdır. Yəni SEO məhz nə üçün həyata keçirilir, hansı hədəflərə çatmaq istənilir? Daha sonra isə araşdırma aparılır, ətraflı informasiya toplanılır. 

Bəzi SEO xidmeti təqdim edən şirkətlər zamanı keçmiş, artıq effekt verməyən metodlara söykənərək SEO işləri aparır. Bu isə bəzən qısa zaman ərzində kosmetik nəticə göstərsə də, real nəticələr ortaya çıxmır.

seo-xidmeti-elmi

SEO zaman alır – SEO bir prosesdir

SEO xidməti almaq istəyən müştərilərlə görüşərkən bu işin bütün prosedurlarını və zaman qrafikini izah edirik. Müştərilərin çox kiçik qismini çıxmaq şərtilə böyük əksəriyyəti anlayır ki, SEO xidmeti nəticə göstərməsi zaman alan bir prosesdir. Təcrübəli SEO partnyorunuz olaraq biznesiniz üçün ən yaxşı nəticəni verəcək prosesləri necə lazımdırsa həyata keçirəcəyik və sizə sadəcə nəticələrdən həzz almaq qalacaq.  SEO işləri aparılarkən icraçıya güvənmək və səbrlə nəticələri gözləmək lazımdır. Yəqin ki, atalarımız müasir dövrdə yaşasaydılar belə bir atlar sözü yaradardılar: "SEO gecikər, amma meyvəsi şirin olar."

seo-xidmeti-proses

SEO ilə müştərilər qazanın

Əgər mağaza açsanız harada açmağı üstün tutarsınız? Adamların dayanmadan axdığı bir küçə, yoxsa arada bir-iki nəfərin təsadüfən keçdiyi tənhalıq yer? Yəqin ki, siz də birinci variantı seçərdiniz.

SEO xidməti ilə tam olaraq axın çox olan küçədə yer götürmüş kimi olursunuz. Sizin təqdim etdiyiniz məhsul və ya xidmətləri insanlar Google üzərində axtarış edərək araşdırır. Əgər SEO xidmeti almısınızsa veb saytınız birinci səhifədə çıxacaq potensial müştərinin ehtiyac olduğu an qarşısına çıxmış olacaqsınız. 

seo-xidmeti-biznes-1

Hər saniyə dünyada
60.000 axtarış baş verir

2024-cü ildə SEO olunmamış bir veb sayta sahibsinizsə potensial müştərilərinizin əksəriyyətini rəqiblərinizə vermiş olursunuz.

0 %

onlayn təcrübə axtarış ilə başlayır

0 %

insan ilk səhifəni keçmir

0 %

istifadəçi alışdan öncə onlayn araşdırma edir

SEO statistika

SEO ilə gələcəyə sağlam addımlar atın

Biznesin davamlılığı üçün bir çox faktorlar, şərtlər tələb olunur. Təbii ki, bütün faktorlara təsir göstərə bilmərik, amma müştərilərin qarşısına doğru zamanda çıxmaq, onları cəlb etmək əsasən bizdən asılıdır. Lakin doğru addımları atmağı bacarsaq. Google şirkətinin ghəmtəsisçisi Larry Peyc də dediyi kimi "Uğur çox çalışmaq yox, doğru şeyləri etməklə bağlıdır". SEO xidməti atılacaq ən doğru addımlardan biridir biznesin gələcəyi üçün. Düzgün aparılmış SEO veb saytınızı müvafiq açar sözlər üzrə ilk sıralarda çıxararaq müştərilərin sizi kəşf etməyini təmin edəcək.

seo-xidmeti-investisiya

SEO ilə müştərilər qazanın

Əgər mağaza açsanız harada açmağı üstün tutarsınız? Adamların dayanmadan axdığı bir küçə, yoxsa arada bir-iki nəfərin təsadüfən keçdiyi tənhalıq yer? Yəqin ki, siz də birinci variantı seçərdiniz.

SEO xidməti ilə tam olaraq axın çox olan küçədə yer götürmüş kimi olursunuz. Sizin təqdim etdiyiniz məhsul və ya xidmətləri insanlar Google üzərində axtarış edərək araşdırır. Əgər SEO xidmeti almısınızsa veb saytınız birinci səhifədə çıxacaq potensial müştərinin ehtiyac olduğu an qarşısına çıxmış olacaqsınız. 

seo-xidmeti-biznes-1

SEO ilə bağlı ən çox
soruşulan suallar

1. SEO bütün əsas axtarış motorları üçün işləyirmi?

SEO komandamız bütün əsas axtarış motorları üçün veb saytınızı optimallaşdırmağa diqqət yetirir. Google əksər ölkələrdə dominant axtarış motoru olaraq qalır, lakin internetdə orqanik trafikin önəmli bir hissəsini təşkil edən bir neçə başqa axtarış motoru da var. Ən populyar axtarış sistemlərindən bəziləri bunlardır: Google, Bing, Yahoo, Baidu, Yandex, Ask və DuckDuckGo.

2. Hansı növ SEO xidmətinə ehtiyacım olduğunu necə bilə bilərəm?

SEO strategiyasının yaradılmasına təsir edən müxtəlif amillər var. Onlayn mövcudluğunuz üçün ən düzgün yanaşmanı anlamağın ən sadə yolu SEO mütəxəssisi ilə danışmaqdır. Peşəkar SEO şirkəti biznesiniz üçün ən yaxşı uzunmüddətli SEO ehtiyacını təyin edə biləcək.

3. Texniki SEO nədir?

Texniki SEO veb saytınızın daha mürəkkəb və spesifik aspektlərini təkmilləşdirməyə yönəlmişdir. Burada məqsəd istifadəçi təcrübəsinə kömək etməklə yanaşı, orqanik axtarış nəticələrində performansı artırmaqdır. Texniki SEO əsasən veb sayt sürətinin optimallaşdırılması, performansın artırılması, indeksləşdirmə problemlərinin götürülməsi və saytdakı kod səhvlərinin həlli kimi şeyləri əhatə edir. Texniki SEO axtarış motorlarının botlarının saytı daha sürətli indeksləməsinə və üst sıralara çəkməsinə şərait yaradır.

4. SEO aparılma prosesi nə qədər davam edir?

SEO xidmətinin aparılması müddəti işin həcmindən, optimizasiya ediləcək səhifələrin, kateqoriyaların sayından asılıdır. Əksər hallarda 3-12 ay müddəti əhatə edir.

5. Google Biznes profilimi optimallaşdıra bilərsinizmi?

Şübhəsiz ki, SEO komandamız tərkibində əvvəllər Google My Business kimi tanınan Google Biznes profilinin nüanslarını, işləmə prinsiplərini yaxşı bilir. SEO xidməti tərkibində lokal axtarış nəticələrində və Google Xəritədə biznesinizi tanıtmağa kömək etmək üçün Biznes Profilinizi bütün dəqiq və müvafiq məlumatlarla quraşdırır və optimallaşdırırıq.

6. E-ticarət SEO nədir?

E-ticarət SEO, axtarış motorunun (Google və digər) nəticələri səhifəsində onlayn mağazanızın görünməsini artırmaq üçün saytınızı və məhsullarınızı optimallaşdırma prosesidir. İdeal müştərinizin axtardığı müvafiq açar sözlər əsasında, e-ticarət biznesiniz üçün trafik çəkə və koversiya (satışa çevrilmə) nisbətlərini artıra bilərik.

7. Veb saytımda SEO auditi apara bilərsinizmi?

Əlbəttə! Biz bir neçə səviyyəli audit təklif edirik. İlkin SEO auditimiz veb saytınızın SEO kriteriyalarını cavab verməsi və performansına dair fikirlər təklif edir. Bu, bizə əsas portretə nəzər salmaq və saytınızı nəyin geridə saxlaya biləcəyini daha yaxşı başa düşmək imkanı verir. Eyni zamanda daha dərin SEO auditi edirik. Bu yüksək səviyyəli audit bir müddət SEO ilə məşğul olan və daha təkmilləşmiş strategiya həyata keçirmək istəyən müştərilər üçün idealdır. Pulsuz SEO auditi üçün əlaqə saxlayın.

8. SEO nə qədər müddətə nəticə göstərir?

Veb saytınızda aparılan SEO işləri ilk aylardan etibarən ilkin nəticələri göstərməyə başlayır. Gözlənilən hədəf (ilk səhifədə görünmək) üçün isə ən azı 6 ay gözləmək lazım olur.