Ucuz veb sayt hazırlatmağın riskləri nələrdir?

Səliqəsiz dizayn, ağıl qarışdıran naviqasiya, işləməyən səhifələr, təhlükəsizlik açıqları olar kodlaşdırma – bir sözlə şirkətin üçün varlığı olmamasından daha çox ziyan gətirən vebsaytlar. Bu vebsaytlar tələsik verilən qərarlar nəticəsində ortaya çıxır.

Yüksək performanslı, şirkət üçün uğurlu nəticələr yaradan vebsayt ortaya çıxarmaq bir qədər diqqət tələb edən prosesdir. Bunu ev tikməyə bənzədə bilərik, ev müxtəlif materiallardan, hissələrdən və usta əməyindən ortaya çıxır. Lakin evin çertyoju daş ustasına həvalə edilmir. Daş ustası da evi sıfırdan planlayıb tikə bilər, lakin o evin içində yaşamağa başlayandan sonra bir şeylərin düzgün planlaşdırılmadığı görülməyə başlayacağıq. Çünki daş ustasının günlük işi evi layihələndirmək yox, sadəcə onu tikməkdir.

Veb dünyasının da daş ustaları veb proqramçılardır. Bunlar tək olaraq öz işlərini bəlkə də çox mükəmməl görürlər, lakin bütün veb layihəsinin layihələndirilməsi və hərtərəfli olaraq düşünülüb inşa edilməsi üçün komanda işi və kompleks layihə təcrübəsi lazımdır.

Eyni zamanda çox ucuz qiymətə işləyən kiçik omandalar da mövcuddur. Bu komandaların əsas dərdi gündəlik xərclərini çıxarmaqdır. Ayaqda qalmaq üçün çatdıra biləcəklərindən də artıq sifariş götürdüklərindən heç bir layihəyə lazım olan diqqəti və zamanı ayıra bilmirlər.

1. Uzun müddətdə daha yüksək xərc

Frilanserlər və ucuz komandalar ilə işləyərkən əvvəlcədən pula qənaət edə bilirlər, lakin tez-tez vebsaytdakı uyğunsuzluqları, kod xətalarını düzəltmək və ya dəyişdirmək üçün vaxtaşırı pullar xərcləyirlər. Nəhayət, əvvəlcə seçilməli olan doğru şirkətə ödəyəcəklərindən daha çox xərcləyirlər.

2. Yavaş səhifə sürəti

Kodlaşdırma səhvləri, vebsaytın proqramına həddən artıq lazımsız inteqrasiyalar, effektiv sıxışdırma üsullarından istifadə etməmək və bu kimi digər məsələlər səhifənin yüklənmə müddətinə mənfi təsir göstərir. Bu, müasir dünyada son dərəcə vacib məsələdir, çünki potensial müştəriniz olan istifadəçilərin uzun müddət gözləməyə səbri yoxdur, əgər vebsayt gec açılırsa başqa alternativlərə baxır. Eyni zamanda Google reytinqinizə də pis təsir göstərir. Google yavaş veb saytları cəzalandırır, onları axtarış nəticələrində aşağı yerlərdə sıralayır.

3. Zəif SEO performansı

Google həmçinin aydın məzmun iyerarxiyaları, başlıq etiketləri, meta teqləri və s. olmayan veb saytları sevmir. Təcrübəsiz veb sayt tərtibatçıları əsasən səthi  görünüşə diqqət yetirirlər və SEO performansı üçün kritik amillərə laqeyd yanaşa bilirlər.

4. Təhlükəsizlik problemləri

Kiber hücumların artıq adi bir hala çevrildiyi müasir dünyamızda vebsayt təhlükəsizliyi vacib mövzulardandır. Təhlükəsizlik tədbirlərinə kifayət qədər diqqət yetirmədiyi halda, veb-sayt hücumlara qarşı açıq olur, bu da şirkətin reputasiyası və məlumatların bütövlüyünü riskə atır.

5. İnteqrasiya məsələləri

Ucuz veb sayt tərtibatçıları şirkətinizin perspektivdəki texnologiya tələblərini nəzərə almayacaq. Şirkətinizin müxtəlif xidmətlərin API-lərinə, CRM, anbar məlumatları inteqrasiyasına, chatbot-lara və digər bu kimi inteqrasiyalara ehtiyacı ola bilər. Əgər şirkətinizin gələcək planları böyükdürsə bu məsələ getdikcə daha çox baş ağrısı yaradacaq.