[E-kitab] Effektiv korporativ satış

Satış hər bir şirkətin həyatını davam etdirməsi və böyüməsi ehtiyac duyduğu oksigendir. Korporativ satış isə kütləyə deyil, spesifik olaraq müəyyən bir seqmentə həyata keçirilir və prosesib tərkibi də eynilə spesifikdir.

Bu proses sözlə ifadə etdikdə çox sadə olsa da bir çox şirkət üçün yeni müştərilər əldə etmək çox ciddi bir problemdir. Keyfiyyətli müştərilər əldə etmək və yeni müqavilələr bağlamaq üçün gedən güclü mübarizə şəraitində bir çox şirkət fərqli metodlar yoxlayır və bu fırtınanın içində itirlər.

Daha yaxşı bir yol olmalıdır.

Xoşbəxtlikdən belə bir yol var və bu kitabda tam olaraq nəzərdən keçirəcəyimiz budur. Buna Strateji Biznes İnkişafı deyilir. Bu kitabda korporativ satış sistemini effektiv nəticə üçün necə qurmaq, necə idarə etmək lazımdır, bununla bağlı çox geniş bilgilər əldə edəcəksiniz. Nələr öyrənəcəksiniz?

  • Dövrümüzdə korporativ satışın istiqaməti
  • Müştəri davranışında baş verən dəyişikliklər
  • Satış və marketinqin koordinasiyası
  • Hansı kadrlara ehtiyacınız var
  • Effektiv korporativ satış strategiya və taktikaları

Kitabı yüklə